Dünya
Səudiyyə Ərəbistanı İrandan buraxılan 17 dronu zərərsizləşdirib
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ötən gecə İrandan buraxılan 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, dronların böyük hissəsi Əş-Şərqiyyə əyaləti üzərində məhv edilib. Nazirlik əlavə edib ki, bəzi pilotsuz uçuş aparatları paytaxt Ər-Riyad yaxınlığında zərərsizləşdirilib.
Mənbə
oxu.az