Dünya

Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

15 Mar 2026, 08:02 2 baxış
Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə
Yaxın vaxtlarda baş verə biləcək "El-Ninyo" iqlim fenomeni son on ilin ən güclüsü ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında bildirib. Onun sözlərinə görə, "El-Ninyo" Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun anormal şəkildə artması ilə əlaqədardır. Bu proses qlobal temperaturun yüksəlməsinə, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəli hava şəraitinin yaranmasına səbəb ola bilər. ABŞ-nin Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarəsinin (NOAA) proqnozuna görə, fenomen iyun-avqust aylarında yenidən başlayacaq və ən azı 2026-cı ilin sonuna qədər davam edəcək. Meteoroloqlar bildirirlər ki, fenomenin ən güclü təsiri qarşıdakı qış mövsümündə hiss olunacaq. Nəticədə 2026 və 2027-ci illər meteoroloji müşahidələr tarixində ən isti illərdən biri ola bilər. Sakit okeanda suyun temperaturunun normadan 1,5-2 dərəcə yüksək olacağı gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər