Dünya
İran ABŞ-nin bunkerləri dağıtmaq üçün istifadə olunan raketini vurduğunu iddia edir
İran Silahlı Qüvvələri ölkənin cənub-qərbində ABŞ-yə məxsus bunkerləri dağıtmaq üçün istifadə olunan raketi vurduğunu iddia edir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət televiziyası məlumat yayıb. Məlumata görə, sursat İranın Lende şəhəri üzərində zərərsizləşdirilib. Raketin hansı konkret növə aid olduğu isə hələlik açıqlanmayıb.
Mənbə
oxu.az