Dünya

Bakı beynəlxalq tədbirlərin mərkəzinə çevrilir: "Haber Global"ın süjeti - VİDEO

14 Mar 2026, 21:36 2 baxış
Bakı beynəlxalq tədbirlərin mərkəzinə çevrilir: "Haber Global"ın süjeti - VİDEO
Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası (WUF13) "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ilə 17-22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək. Oxu.Az xəbər verir ki, "Haber Global" bu mövzuda xüsusi süjet hazırlayıb.
"Dünya şəhərləri Bakıda görüşür: Dünya Şəhərsalma Forumu mayın 17-22-də Bakıda keçiriləcək" başlıqlı videosüjetdə qeyd olunur ki, Bakı növbəti dəfə qlobal tədbirə ev sahibliyi edir. Bu isə ölkənin regionda güclənən mövqeyinin göstəricisi kimi qiymətləndirilir. Bildirilir ki, Ümumdünya Şəhərsalma Forumu fəaliyyətə başladığı gündən etibarən hər iki ildən bir dünyanın müxtəlif şəhərlərində keçirilir. Forumun ilk sessiyası isə 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə baş tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər