Dünya
İran İsrailə növbəti raket hücumuna başlayıb - SAXAL açıqlama yaydı
İrandan İsrailə doğru növbəti hücumlar həyata keçirilir. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb. "İrandan İsrail ərazisinə doğru raketlər atılır. SAXAL-ın müdafiə sistemləri raketlərin zərərsizləşdirilməsi üzərində işləyir", - deyə qurumdan bildirilib. Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və bölgədəki ABŞ bazalarına qarşı "Əsl vəd - 4" əməliyyatının 48-ci mərhələsinin həyata keçirildiyini bəyan edib.
Mənbə
oxu.az