Kriminal
Salyanda 4 yaşlı uşaq su quyusunda boğulub
Salyan rayonunda dörd yaşlı uşaq faciəli şəkildə ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə martın 13-də axşam saatlarında rayonun Qaraçala qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini 2022-ci il təvəllüdlü Ə.A. həyətdəki su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az