Kriminal
Bərdədə VAZ "KamAZ"a çırpıldı: Ölən var
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə martın 13-də axşam saat 22 radələrində rayonun Hərəmə kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi VAZ-2106 avtomobilində idarəetməni itirərək "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Y.Rəhimov ölüb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az