Dünya
Bağdaddakı ABŞ səfirliyinə PUA hücumu oldu - VİDEO
ABŞ-nin Bağdaddakı səfirliyinin ərazisinə atılan raket helikopter meydançasına düşüb, diplomatik kompleksin üzərindən tüstü sütunu qalxıb. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, raket zərbəsi barədə agentliyə İraq təhlükəsizlik qüvvələrinin iki nümayəndəsi məlumat verib. İran mediasının məlumatına görə, PUA zərbəsi səfirliyinin damındakı hava hücumundan müdafiə sistemini məhv edib. Qeyd olunub ki, İraqdakı səfirlik ABŞ-nin dünyadakı ən böyük diplomatik obyektlərindən biridir. Əvvəllər sözügedən kompleks dəfələrlə İranla əlaqəli silahlı qruplaşmalar tərəfindən həyata keçirilən raket zərbələrinin və PUA hücumlarının hədəfinə çevrilib. ABŞ-nin Bağdaddakı səfirliyi hələ hadisə ilə bağlı şərh verməyib. ABŞ-nin Bağdaddakı səfirliyinə PUA-larla hücum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
İraqın təhlükəsizlik xidmətindən daxil olan məlumata əsasən, zərbənin hədəfi ABŞ-nin Bağdaddakı diplomatik missiyasının ərazisindəki hava hücumundan müdafiə sistemləri olub. "Al Hadath" bildirib ki, İraqın təhlükəsizlik qüvvələri ölkənin əksər dövlət qurumlarının və ABŞ daxil olmaqla bir çox ölkənin səfirliklərinin yerləşdiyi Bağdadın mərkəzindəki "yaşıl zona"nı tamamilə bağlayıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az