Dünya
Pentaqon rəhbərindən İranın yeni ali lideri barədə İLGİNC AÇIQLAMA - VİDEO
"Biz bilirik ki, yeni, o qədər də ali olmayan lider yaralıdır və çox güman ki, eybəcər hala düşüb". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset bildirib. "Dünən o, açıq şəkildə desək, olduqca zəif bir bəyanat verdi, amma orada onun səsi və ya heç bir videosu yox idi. Bu, yazılı bir bəyanat idi. O, birliyə çağırdı. İranın çoxlu kamerası və səsyazıcısı var. Bəs niyə sadəcə yazılı bir bəyanat? Düşünürəm ki, niyə belə olduğunu anlayırsınız", - deyə Pentaqon rəhbəri bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az