Kriminal

Naxçıvanda vəzifəli şəxs HƏBS OLUNDU

13 Mar 2026, 12:34 1 baxış
Naxçıvanda vəzifəli şəxs HƏBS OLUNDU
"Naxçıvan Taxıl Məhsulları" MMC-nin rəhbəri həbs olunub. Oxu.Az APA-ya istinadla xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər