Kriminal

Sumqayıtda evdə partlayış olub, yaralılar var

13 Mar 2026, 08:56 1 baxış
Sumqayıtda evdə partlayış olub, yaralılar var
Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla məlumat verir ki, hadisə şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birində qeydə alınıb. Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər