Kriminal

Füzulidə mina partlayışı: Ölən var

12 Mar 2026, 21:00 1 baxış
Füzulidə mina partlayışı: Ölən var
Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib. Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib. Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Ramil Maşallah oğlu Hacıyev atla hərəkətdə olarkən minaya düşüb. Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər