Dünya

Ankarada ZƏLZƏLƏ oldu

12 Mar 2026, 19:16 2 baxış
Ankarada ZƏLZƏLƏ oldu
Türkiyənin paytaxtı Ankara şəhərinin Haymana rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların ocağı yerin 7.7 km dərinliyində yerləşib. Bakı vaxtı ilə saat 18:49-da qeydə alınan zəlzələ ətraf vilayətlərdə də hiss edilib. İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində itki və dağıntı olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər