Cəmiyyət
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin komanda-qərargah təlimi keçirilib - FOTO
2026-cı il 11 mart tarixində Qaradağ Regional İdarəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin cari il üçün Tədbirlər Planına uyğun olaraq komanda-qərargah təlimi keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, "BP Caspian Sea Exploration ltd" şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş və "Səngəçal terminalının istismar sahəsində təxribata cəhdin qarşısının alınması" məsələlərinə həsr olunmuş təlimin məqsədi bu sahədə mümkün risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınması, aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin təkmilləşdirilməsi, əməliyyatların koordinasiyası, həmçinin xidmət zamanı əməkdaşların sayıqlığının artırılması istiqamətində nəzəri-praktiki bilik və bacarıqların inkişaf etdirilməsi olub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az