Cəmiyyət
Bayramlarla əlaqədar bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Oxu.Az xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq.
Mənbə
oxu.az