Kriminal

Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI

12 Mar 2026, 07:54 1 baxış
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Gəncə şəhərində güllələnmə hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, insident zamanı 44 yaşlı Elçin Nağıyev güllə yarası alıb. O, hadisə yerində dünyasını dəyişib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı 17 yaşlı Kənan Nağıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər