Dünya

İran Omanda ən böyük neft anbarlarına zərbə endirdi - VİDEO

11 Mar 2026, 19:14 2 baxış
İran Omanda ən böyük neft anbarlarına zərbə endirdi - VİDEO
İran PUA-ları (pilotsuz uçuş aparatı) Omanın Salalah limanındakı ən böyük neft anbarlarına zərbə endirib. Oxu.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, İran dronları limandakı neft çənlərini hədəf alıb. Bildirilir ki, hazırda azı üç yanacaq çəni yanır və bütün limana qatı tüstü yayılır. Zərərin tam miqyası hələ ki məlum deyil və digər çənlərə də zərbə dəymiş ola biləcəyi ehtimal edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər