Dünya

Türk Hava Yolları İstanbul və İrəvan arasında uçuşlara başlayıb

11 Mar 2026, 19:48 2 baxış
Türk Hava Yolları İstanbul və İrəvan arasında uçuşlara başlayıb
Türk Hava Yolları İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu istiqamət üzrə ilk reys İrəvandakı "Zvartnots" hava limanına eniş edib. Məlumata görə, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar ilkin mərhələdə gündəlik həyata keçiriləcək. Mayın 14-dən etibarən uçuşların sayı həftədə 10 dəfə, iyunun 15-dən isə həftədə 14 dəfə olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər