Dünya
CENTCOM rəhbəri: "ABŞ İranda 5500-dən çox hədəfə zərbələr endirib" - VİDEO
"ABŞ ordusu İranda 60 gəmi də daxil olmaqla 5 500-dən çox hədəfə zərbələr endirib". Oxu.Az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper deyib. "Bu günə qədər İranda 60-dan çox gəmi də daxil olmaqla 5 500-dən çox hədəfə yüksəkdəqiqlikli silah sistemlərindən istifadə edərək zərbələr endirmişik", - deyə o, komandanlığın sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az