Dünya
Ağ Ev ətrafında insident: Qapılara maşın çırpıldı, ərazi mühasirəyə alındı
ABŞ-də Ağ Evin ətrafındakı küçələr müvəqqəti olaraq bağlanıb. Buna səbəb şübhəli nəqliyyat vasitəsinin Ağ Evin qapılarına çırpılması olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "CBS News" nəşrinin jurnalisti Jennifer Ceykobs sosial şəbəkə hesabında məlumat verib. Məlumata görə, avtomobil Ağ Evin şimal tərəfindəki Konnektikut-avenyu və Eyç-strit ərazisində qapılara çırpılıb. Xəsarət alanın olmadığı bildirilir. Ağ Evin ərazisinə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. İddia edilir ki, nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və ABŞ Gizli Xidməti tərəfindən dindirilir.
Mənbə
oxu.az