Dünya

Münaqişənin ilk 24 saatında İrana endirilən zərbələr - ANBAAN VİDEO

11 Mar 2026, 16:10 2 baxış
Münaqişənin ilk 24 saatında İrana endirilən zərbələr - ANBAAN VİDEO
ABŞ-nin Mərkəzi Komandalığı (CENTCOM) "Epik Qəzəb" əməliyyatının ilk 24 saatında həyata keçirilən əməliyyatların görüntülərini yayımlayıb. Oxu.Az xəbər verir ki, CENTCOM-un kadrları "X" hesabında paylaşılıb. Paylaşımda qeyd olunub ki, münaqişənin ilk 24 saatından bəri İranın ballistik raket və dron hücumlarının sayı kəskin şəkildə azalıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər