Dünya
Müharibə 10 gün ərzində Avropa əhalisini milyardlarla avro ZİYANA SALDI
Yaxın Şərq regionunda baş verən toqquşmalar Avropada enerji daşıyıcılarının qiymətində kəskin sıçrayış yaradıb. İsrail və ABŞ-nin iştirakı ilə İrana qarşı davam edən əməliyyatların sadəcə ilk on günü ərzində Avropa əhalisinin xərcləri 3 milyard avro çoxalıb. Oxu.Az TASS istinadən yaydığı xəbərə görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib. "Biz nə qədər tədbir görsək belə, qeyri-sabit ərazilərdən ənənəvi yanacaq növlərinin böyük həcmini tədarük etdikcə, həssaslığımız və asılılığımız davam edir. Həmçinin enerjinin hər zaman öz bədəli var. Buna bir misal çəkim, Yaxın Şərqdə münaqişə başlayandan bu yana qaz 50%, neft isə 27% bahalaşıb. Avro ekvivalentində hesabladıqda cəmi 10 gün davam edən müharibə yanacaq idxalı prosesində Avropa vergiödəyicilərinin büdcəsinə əlavə 3 milyard avro ziyan vurub. Bu isə bizim enerji asılılığımızın əvəzidir", - deyə Avropa Komissiyasının sədri Strasburqda baş tutan Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı vurğulayıb.
Mənbə
oxu.az