Cəmiyyət
Masallıda 800 abonent qazsız qalacaq
Martın 12-də saat 10:00-dan etibarən Masallı rayonunun Banbaşı və Yeyənkənd kəndləri daxil olmaqla ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, buna səbəb Banbaşı-Yeyənkənd kəndlərini təbii qazla təchiz edən ortatəzyiqli kəmərdə aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılmasıdır.
Mənbə
oxu.az