Dünya

Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı

17 Oct 2026, 08:04 3 baxış
Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. Oxu.Az bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən bank filialında baş verib. Hücum edən şəxs bank əməkdaşlarını hədələyərək 9 milyon rubldan çox pul (təxminən 150 min dollar) oğurladıqdan sonra hadisə yerindən qaçıb. Hadisə yerinə baxış zamanı əməliyyatçılar üzərində DNT izləri olan atılmış gödəkçə aşkarlayıblar. Lakin həmin vaxt şübhəlinin kimliyini müəyyən etmək mümkün olmayıb. Təxminən 10 il sonra Tver vilayətində başqa cinayətə görə cəza çəkən şəxsin genom qeydiyyatı zamanı onun biometrik məlumatlarının gödəkçədəki DNT izləri ilə uyğun gəldiyi müəyyən edilib. Sübutları möhkəmləndirmək üçün müstəntiqlər portret ekspertizası da keçiriblər. Ekspertiza həmin şəxsin qarətdə iştirakını təsdiqləyib. Bundan əlavə, bankın kassirlərindən biri onu hücum edən şəxs kimi tanıyıb. Hazırda 56 yaşlı şübhəli həbsdədir. Soyğunçuluq faktı üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər