Cəmiyyət
ADY-də daha bir departament müdiri işdən çıxdı
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Marketinq və tarif siyasəti departamentinin müdiri dəyişib. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Heydər Cəfərli Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsindən azad olunub. O, ADY-nin törəmə müəssisəsi olan "ADY Express" MMC-nin direktor müavini vəzifəsinə təyin edilib. Digər əmrlə isə Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Məmməd Həmidov təyin edilib. M.Həmidov 2023-2024-cü illərdə ADY-nin Kommersiya departamentinin müdiri vəzifəsində çalışıb. Son təyinata qədər ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının Kommersiya departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib. Qeyd edək ki, 2018-ci ildən ADY-də çalışan H.Cəfərli ötən ilin əvvəlindən Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsini tuturdu.
Xatırladaq ki, martın 4-də QSC-nin Strategiya departamentinin müdiri Anar Qasımov da vəzifəsindən azad olunub.
Xatırladaq ki, martın 4-də QSC-nin Strategiya departamentinin müdiri Anar Qasımov da vəzifəsindən azad olunub.
Mənbə
oxu.az