Cəmiyyət
Sumqayıt məktəbində şagird yerdəyişməsi dayandırıldı - SƏBƏB
Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib. Oxu.Az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, dəyişikliklə əlaqədar liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Həmçinin liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.
Mənbə
oxu.az