Cəmiyyət

Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

11 Mar 2026, 12:51 2 baxış
Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.


Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov tərəfindən 13 mart tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 10:00-dan Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulu keçiriləcək.


Qəbula gələn vətəndaşların qeydiyyatı 12 mart tarixində Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.


Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.


Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Əlaqə:


tel: +994 (12) 512-01-14


e-mail: [email protected]

Mənbə axar.az

Oxşar Xəbərlər