Cəmiyyət
Ağcabədinin icra başçısı yeni idarə rəisi təyin etdi
Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismarı İdarəsinə yeni rəis təyin edilib. Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Rafil Hüseynov əmr imzalayıb. Əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə Atamoğlan Babayev təyinat alıb. Qeyd edək ki, A.Babayev daha əvvəl Bərdə Suvarma Sistemləri İdarəsinin və "Aqrolizinq" ASC-nin Ağcabədi rayon filialının müdiri vəzifələrində işləyib. Fotoda Atamoğlan Babayev
Mənbə
oxu.az