Digər

Bu ərəb ölkələri neft hasilatını kəskin azaltdı

10 Mar 2026, 15:33 2 baxış
Bu ərəb ölkələri neft hasilatını kəskin azaltdı

Yaxın Şərqin dörd ölkəsi - İraq, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı böhran səbəbindən ümumi neft hasilatını gündə 6,7 milyon barrel azaldıb.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.


“Bu, ölkələrin ümumi hasilatlarını 1/3 qədər azaltması və qlobal neft tədarükünün 6% azalması deməkdir. Beləliklə, İraq neft hasilatını gündə 2,9 milyon, Səudiyyə Ərəbistanı 2-2,5 milyon, BƏƏ 500-800 min, Küveyt isə təxminən 500 min barrel azaldıb”, - mənbə bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər