Digər

Xameneinin ABŞ-la danışıqlar barədə şərhi tezdir - Arakçı

10 Mar 2026, 12:23 2 baxış
Xameneinin ABŞ-la danışıqlar barədə şərhi tezdir - Arakçı

İranın ali rəhbəri Müctəba Xameneinin ABŞ-la danışıqlar barədə şərh verməsi hələ tezdir.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçi deyib.


O, ABŞ-la danışıqların yenidən başlayacağına şübhə ilə yanaşıb:


“Hamımız onun (Müctəba Xamenei- red.) çıxışlarını və şərhlərini gözləyirik, bu çıxışlar sonradan ediləcək. Ancaq düşünmürəm ki, amerikalılarla danışıqlar məsələsi müzakirə olunsun, çünki danışıqlar məsələsində çox acı təcrübələrimiz var”.

Mənbə axar.az

Oxşar Xəbərlər