Digər
Bu, Livanda xaosun qarşısını almaq üçün fürsətdir - Kallas
Livanda atəşkəsə nail olunması ölkədə xaosun qarşısını almaq üçün ən yaxşı fürsətdir.
Axar.az “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Kaya Kallas deyib.
O bildirib ki, Hizbullah silahı yerə qoymalı və İsrailə qarşı hər hansı hərbi fəaliyyətə son verməlidir.
Kaya Kallas əlavə edib ki, İsrailin cavab tədbirləri də “qeyri-mütənasib” olub.
Mənbə
axar.az