Digər

SEPAH Küveytdə helikopter bazasına hücum etdi

09 Mar 2026, 21:06 2 baxış
SEPAH Küveytdə helikopter bazasına hücum etdi

SEPAH Küveytdəki ABŞ helikopter bazasına raket və pilotsuz təyyarə ilə hücum edib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.


Bildirilib ki, zərbə bu səhər ABŞ-a qarşı hücum əməliyyatının bir hissəsi olaraq həyata keçirilib. Hücumun hədəfi Küveytdə yerləşən “Əl-Adiri” helikopter bazası olub.


Əməliyyatda müxtəlif növ raket və pilotsuz təyyarələrdən istifadə edilib. Vurulan hədəflər arasında bazanın yanacaq və qaz çənləri, vertolyot meydançası və hərbi obyektin logistika və infrastruktur komponentləri var.


Qeyd edək ki, SEPAH ötən gün də Küveytdəki ABŞ bazasına hücum etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər