Digər

Tehranda mərasim keçirib, silahlarını təslim etmək... - Heqset

09 Mar 2026, 20:33 2 baxış
Tehranda mərasim keçirib, silahlarını təslim etmək... - Heqset

Prezident Donald Trampın İranın "qeyd-şərtsiz təslim olması" tələbi iranlıların bunu etiraf etmək istəməsindən, qürur və şərəflərinin bunu ucadan deməsinə imkan verib-verməməsindən asılı olmayaraq, yerinə yetiriləcək.


Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Pit Heqset CBS-yə müsahibəsində deyib.


“Bu, müharibədir. Bu, münaqişədir. Bu, düşməni diz çökdürməkdir. Onlar Tehranda bir meydanda mərasim keçirib silahlarını təslim edəcəklərmi? - özlərindən asılıdır”, - Heqset bildirib.


O, ABŞ-ın hələ İranda quru qoşunları yerləşdirmədiyini qeyd edib, lakin bu ehtimalı istisna etməyib:


“Uğur qazanmaq üçün lazım olan qədər irəli getməyə hazırıq. İranın dəniz qüvvələri əsasən məhv edilib. Onların regionda güc nümayiş etdirmək qabiliyyəti azalır və azalmağa davam edəcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər