Digər

BƏƏ elan etdi: İrana qarşı müharibəyə qoşulmaq...

09 Mar 2026, 20:41 2 baxış
BƏƏ elan etdi: İrana qarşı müharibəyə qoşulmaq...

Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdəki müharibə zamanı tamamilə əsassız hərəkətlərin hədəfinə çevrilib.


Axar.az xəbər verir ki, bu sözləri BƏƏ-nin BMT-nin Cenevrə ofisindəki səfiri Camal əl-Müşaraq deyib.


“Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı heç bir hücumda iştirak etməyəcək. Biz dəfələrlə bəyan etmişik və regionda baş verən cari hadisələri nəzərə alaraq təkrar edirik: BƏƏ ərazimizdən İrana hücumlarda iştirak etməyəcək və belə bir münaqişəyə cəlb olunmayacaq”, - o bildirib.


Qeyd edək ki, ötən gün İsrail mediası BƏƏ-nin İranda duzsuzlaşdırma zavoduna zərbə endirdiyi haqda məlumat yaymışdı. BƏƏ bu məlumatı təkzib etdi.

Mənbə axar.az

Oxşar Xəbərlər