Digər
Paşinyan da Xameneini təbrik etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Müctəba Xameneiyə İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Paşinyan öz mesajında həmçinin bildirib ki, Ermənistan və İran arasındakı möhkəm əlaqələr yeni uğurlar əldə edərək bundan sonra da inkişaf edəcək.
Qeyd edək ki, ötən gün Ekspertlər Şurası M.Xameneini yeni ali rəhbər seçib. M.Xameneinin atası, İranın ali rəhbəri Əli Xamenei 28 fevralda ABş və İsrailin zərbələri ilə öldürülmüşdü.
Mənbə
axar.az