Digər
Türkiyə Şimali Kiprə 6 ədəd F-16 qırıcısı yerləşdirdi
Türkiyə Yaxın Şərqdə baş verən hərbi əməliyyatları nəzərə alaraq, Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini gücləndirmək üçün yeni bir addım atdığını elan edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gündən etibarən Şimali Kipr Türk Respublikasına 6 ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl F-16 qırıcılarının Şimali Kiprə yerləşdiriləcəyi ilə bağlı məlumat yayılmışdı.
Mənbə
axar.az