Türkiyənin Dənizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.