Digər

Qırğızıstanda kömür mədənində qəza: 2 ölü, 18 yaralı

08 Mar 2026, 10:54 2 baxış
Qırğızıstanda kömür mədənində qəza: 2 ölü, 18 yaralı

Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində qaz sızması baş verib.


Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan FHN-nin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb.


Nəticədə iki nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.


Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.

Mənbə axar.az

Oxşar Xəbərlər