Dünya

"Fənərbağça"nın ulduzu komandadan ayrıldı - Yeni klubu bəlli oldu

18 Aug 2026, 01:42 3 baxış
"Fənərbağça"nın ulduzu komandadan ayrıldı - Yeni klubu bəlli oldu
"Fənərbağça"da 3 mövsüm keçirən braziliyalı yarımmüdafiəçi Fred Braziliyanın "Atletiko Mineyro" klubuna transfer olunmazdan əvvəl İstanbul təmsilçisi ilə vidalaşıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu klubun bazasında baş məşqçi İsmail Kartal, komanda yoldaşları və digər əməkdaşlarla görüşüb. Daha sonra klub rəhbərliyi ilə vidalaşan Fred "Fənərbağça"da keçirdiyi üç ili karyerasının ən gözəl dövrlərindən biri kimi qiymətləndirib. Braziliyalı futbolçu komandanın bu mövsüm çempion olacağına inandığını və çempionluq mərasimində mütləq iştirak edəcəyini bildirib. Fredin "Atletiko Mineyro"ya transferi üçün "Fənərbağça"ya 2 milyon avro ödəniləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər