Digər

Rusiya Ukraynanı "Zirkon" raketləri ilə niyə vurur? - General

08 Mar 2026, 09:30 2 baxış
Rusiya Ukraynanı "Zirkon" raketləri ilə niyə vurur? - General

Rusiya qoşunları Ukraynaya zərbələr endirmək üçün S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin zenit raketlərindən istifadə edir. Bundan əlavə, düşmən “Zirkon” gəmi əleyhinə raketlərini də tətbiq edir.


Axar.az xəbər verir ki, bunu ukraynalı ehtiyatda olan general-leytenant İqor Romanenko bildirib.


Onun sözlərinə görə, raketlərin onlar üçün xarakterik olmayan rejimdə istifadə olunması göstərir ki, Rusiyada istehsalı artırmaq cəhdlərinə baxmayaraq müəyyən silah çatışmazlığı var:


“Onlar raket istehsalını artırmağa çalışırlar, amma eyni zamanda görünür ki, bunu bütün sahələr üzrə tam həyata keçirə bilmirlər. Məsələn, S-300 və S-400 komplekslərinin zenit raketlərini özlərinə xas olmayan rejimdə – yəni “yer-yer” rejimində istifadə etməyə başlayıblar. Bu rejimdə raketlər dəqiq olmur, uçur, partlayır və s.”.

Mənbə axar.az

Oxşar Xəbərlər