Katzdan Livana sərt ultimatum: Bədəl ödəyəcəksiniz!
İsrailin müdafiə naziri İsrail Katz Hizbullahla hərbi əməliyyatların intensivləşməsi fonunda Livan Prezidenti Cozep Auna müraciət edib.
Axar.az APA-ya istinadən xəbər verir ki, o, Beyrutun atəşkəs razılaşmasında göstərildiyi kimi, İran tərəfindən dəstəklənən qruplaşmanı tərk-silah etmək öhdəliyini yerinə yetirmədiyini bildirib.
“Razılaşmanı yerinə yetirməyi və Hizbullahı tərk-silah etməyi öhdənizə götürdünüz, amma bu, baş vermir. Biz daha çox şey etmədən siz hərəkətə keçin və tədbir görün. Yaşayış məntəqələrimizə və əsgərlərimizə hücumlara icazə verməyəcəyik”, - müdafiə naziri deyib.
Onun sözlərinə görə, əgər tərəflər toqquşarsa, Livan hökuməti və bütün Livan tam bədəl ödəyəcək.
“Əgər (Həsən) Nəsrullah Livanı məhv edibsə, Naim Qasım (Hizbullah lideri) də bu yolda onu məhv edəcək”, - Katz xəbərdarlıq edib.
O, İsrailin Livandan heç bir ərazi tələbi olmadığını əlavə edib.