Digər

Yunanıstan bu ölkədə “Patriot” sistemini yerləşdirir

07 Mar 2026, 17:15 2 baxış
Yunanıstan bu ölkədə “Patriot” sistemini yerləşdirir

Yunanıstan Bolqarıstanın hava müdafiəsini gücləndirmək məqsədilə ölkənin şimalında “Patriot” zenit-raket sisteminin yerləşdirilməsini planlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias məlumat verib.


“Bu sistem Bolqarıstan ərazisinin böyük hissəsini hava hücumundan müdafiə edəcək. Eyni zamanda, əlavə təhlükəsizlik tədbiri kimi iki ədəd F-16 qırıcı təyyarəsinin də Yunanıstanın şimalındakı hərbi bazaya yerləşdirilməsi planlaşdırılır. Bu təyyarələr Bolqarıstanın hava məkanının qorunmasına əlavə dəstək verəcək”, - nazir bildirib.


N.Dendias vurğulayıb ki, bu addım Bolqarıstan tərəfinin müraciətindən sonra atılıb və regionda artan təhlükəsizlik riskləri fonunda həyata keçirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər