Siyasət

Bayramov TDT Baş katibi ilə dron hücumlarını müzakirə etdi

07 Mar 2026, 17:56 1 baxış
Bayramov TDT Baş katibi ilə dron hücumlarını müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.


TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.


Görüşdə regional təhlükəsizlik sahəsində mövcud vəziyyət, o cümlədən İran dronlarının Azərbaycana hücumları müzakirə edilib.


Türkdilli dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsinin və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər