Siyasət

Slovakiyanın Aİ məsələləri üzrə dövlət katibi Azərbaycanla həmrəyliyini ifadə edib

07 Mar 2026, 01:06 1 baxış
Slovakiyanın Aİ məsələləri üzrə dövlət katibi Azərbaycanla həmrəyliyini ifadə edib
Slovakiyanın Avropa İttifaqı (Aİ) məsələləri üzrə dövlət katibi Marek Eştok İranın Naxçıvana dron hücumları ilə bağlı Azərbaycanla həmrəyliyini ifadə edib. Oxu.Az xəbər verir ki, Eştok bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib. "Naxçıvan Muxtar Respublikasının mülki infrastrukturuna edilən hücumlardan və mülki əhaliyə təsir göstərməsindən dərin sarsıntı keçirdim. İyun ayında Bakıda keçirdiyim siyasi məsləhətləşmələrim fonunda Azərbaycanla tam həmrəyliyimi ifadə edir və regionda sülh və təhlükəsizliyə dəstəyimi bir daha təsdiqləyirəm", - deyə o yazıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər