Siyasət

Naxçıvana dron hücumu İordaniya mediasının diqqət mərkəzindədir

07 Mar 2026, 01:10 1 baxış
Naxçıvana dron hücumu İordaniya mediasının diqqət mərkəzindədir
Martın 5-də İranın Naxçıvanda aeroporta, məktəb binasına və digər mülki obyektlərə dron hücumu və Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı Təhlükəsizlik Şurasında çıxışı İordaniyanın aparıcı media orqanlarının diqqət mərkəzindədir. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "əl-Məmləkə", "Royanews.tv", "Ammon News" və "Jordan News" xəbər portalları dövlət başçısının Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş hücumu qəbuledilməz adlandırdığı, ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğuladığı qeyd olunub. Nəşrlərdə həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyinin təmin edilməsi və mülki əhalinin müdafiəsi məqsədilə müvafiq cavab tədbirlərinin hazırlandığını bildirib. Nazirliyin açıqlamasında belə hücumların cavabsız qalmayacağı və Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququnun olduğu vurğulanıb. Bundan başqa, yazılarda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanatına da yer verilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər