Siyasət
İran səfirindən açıqlama: "Zərbələr başqa dövlətlərin milli suverenliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlməyib" - VİDEO
"Bir ölkə hücuma məruz qalanda mütləq özünü müdafiə etməlidir. ABŞ və ya İsrailin hərbi bazaları İran tərəfindən zərbə altına alınıbmı? Fevralın 28-də İrana hücum olub. Bundan sonra İran özünü müdafiə edib". Bu sözləri Baku TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu "Hazırda İranın demək olar ki, bütün qonşuları ilə müəyyən narahatlıqları var. Qısa müddətdə İranla problemi olmayan dövlət demək olar ki, yoxdur. Bunun səbəbi nədir?" sualını cavablandırarkən deyib.
"O hücumlarla bağlı İran rəsmi şəkildə bəyan edib ki, bu addımlar yalnız təcavüzə qarşı müdafiə xarakteri daşıyır. Eyni zamanda İran bildirib ki, bu zərbələr başqa dövlətlərin milli suverenliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlməyib. Zərbələr yalnız hərbi bazalara endirilib. Demək istəyirəm ki, əgər İrana qarşı bu hücum baş verməsəydi, İran da təbii ki, müdafiə məqsədilə cavab zərbələri endirməzdi. İrana qarşı hərbi təcavüz dayandırılarsa, İran da öz zərbələrini dayandıracaq", - deyə səfir bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi həyasızcasına Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Mənbə
oxu.az