Siyasət
Sloveniya XİN İranın Naxçıvan hava limanına hücumunu pisləyib
Sloveniya İran tərəfindən Naxçıvanın Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatlarının səbəbsiz hücumunu qətiyyətlə pisləyir. Oxu.Az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Biz Azərbaycanla tam həmrəyliyimizi bildirir və beynəlxalq hüquqa riayət etməyə çağırırıq. Bu hücum İran tərəfindən regionda növbəti təhlükəli eskalasiyanı təqdim edir", - deyə paylaşımda qeyd olunur.
Mənbə
oxu.az