Siyasət

BMT baş katibinin sözçüsü: "İranın Azərbaycana hücumundan narahatıq"

07 Mar 2026, 00:36 1 baxış
BMT baş katibinin sözçüsü: "İranın Azərbaycana hücumundan narahatıq"
BMT baş katibi Antonio Quterreş İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumlarından narahatdır. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib. "Bu hadisədən dərin narahatıq, xüsusilə mülki şəxslərin yaralanması və mülki infrastruktura dəyən ziyana görə. Baş katib yaralananlara şəfa arzulayır", - deyə Düjarrik jurnalistlərə Antonio Quterreşin sözlərini çatdırıb. O bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən İranın Naxçıvana dron hücumu ilə bağlı BMT baş katibinə məktub ünvanlanıb. S.Dujarrikin sözlərinə görə, məktubda dron hücumu barədə məlumat verilib və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılıb. Sözçü xatırladıb ki, hadisə ilə bağlı dünən Azərbaycanın və İranın xarici işlər nazirləri arasında da müzakirə aparılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər