Siyasət

Xorvatiya XİN: "İranın Naxçıvana PUA hücumu qlobal təhlükəsizliyə təhdid yaradır"

06 Mar 2026, 22:18 1 baxış
Xorvatiya XİN: "İranın Naxçıvana PUA hücumu qlobal təhlükəsizliyə təhdid yaradır"
Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib. Oxu.Az xəbər verir ki, bu barədə Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman "X" platformasında paylaşım edib. "Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik", - deyə o bildirib. Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır: "Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər