Dünya
Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-30 MKİ" qırıcısı Assam ştatının Corhat şəhərindən təxminən 60 km məsafədə qəzaya uğrayıb. Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Hindistan HHQ-nin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qırıcı ilə ötən gün axşam saatlarında əlaqə kəsilib. Məlumata görə, təyyarə təlim uçuşu üçün Corhatdan havaya qalxıb. Qəza Hindistanın Çinlə sərhəddəki Arunçal-Pradeş ştatının yaxınlığında baş verib.
Mənbə
oxu.az